Dilgəm Əsgərovun qardaşı ilə bağlı YENİ XƏBƏR
Tarix: 16-10-2015, 12:44 | Çap et
Dilgəm Əsgərovun qardaşı ilə bağlı YENİ XƏBƏR
“Uçurduqları evin tikintisinə icazə verildi”.

Bunu Hafta.az-a açıqlamasında hazırda erməni əsirliyində olan Dilqəm Əsgərovun qardaşı oğlu Mövlud Əsgərov deyib. Mövlud Əsgərov Mehdiabad bələdiyyəsi və icra nümayəndələri ilə problemin yoluna qoyulduğunu bildirib:

“Hər şey yoluna düşüb. Sadəcə, anlaşılmazlıq olmuşdu. Bizim bu evlə bağlı məsələmiz əvvəldən qaydalar çərçivəsində idi. Daha heç bir problem yoxdur. Atam da evdədir”.

Qeyd edək ki, Mövlud Əsgərov dünən Hafta.az-a müraciət edərək həyətyanı sahəsində tikdirdiyi evin polis və icra nümayəndəliyi səbəbindən söküldüyünü demişdi. Üstəlik Dilqəm Əsgərovun qardaşı Sahib Əsgərov polis şöbəsinə aparılmışdı.

Məsələni dərhal gündəmə gətirən redaksiyamız, yaranmış vəziyyəti ictimailəşdirdikdən sonra Sahib Əsgərov polis bölməsindən evə buraxılıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net