Nigeriyada terrorçu məsciddə heç kimə aman vermədi
Tarix: 16-10-2015, 12:20 | Çap et
Nigeriyada terrorçu məsciddə heç kimə aman vermədi
Faktxeber.com xəbər verir ki, Nigeriyanın şimal - şərq bölqəsində yerləşən Mayduquri şəhərinin mərkəzi məscidlərindən birində dəhşətli terror aktı törədilib. Hadisə nəticəsində məsciddə olan inanclılardan 40 nəfəri həyatını itirib, məscid tanınmaz hala düşüb.

Hüquq mühafizə orqanlarından verilən məlumatda bildirilir ki, terror hadisəsinin axşam namazı zamanı törədilməsi təsadüfi deyil . Məhz bu vaxtda məscidə gələn inanclıların sayı daha çox olur.

Hadisənin hansı terror qruplaşması tərəfindən törədildiyi araşdırılır.

Nigeriya ərazisində fəaliyyət göstərən terrorçu ekstremist qruplardan "Boko Haram" və "İŞİD"-in hadisəni üzərinə götürəcək hər-hansı bir açıqlaması hələ ki, olmayıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net