Bakı metrosu ilin əvvəlindən 162 mln. nəfərdən artıq sərnişinə xidmət göstərib
Tarix: 16-10-2015, 10:37 | Çap et
Bakı metrosu ilin əvvəlindən 162 mln. nəfərdən artıq sərnişinə xidmət göstərib
Bu ilin yanvar-sentyabr aylarında Bakı metrosu ilə daşınan sərnişinlərin sayı açıqlanıb.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,8% artaraq 162,4 mln. nəfərə çatıb.

Qeyd edək ki, nəqliyyatçılar 1 mlrd. 380 mln. sərnişinə və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,6% çox sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 11,8%-i metro ilə daşınıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net