Dəmir arakəsmə daha bir maşını ikiyə böldü - Fotolar
Tarix: 16-10-2015, 10:25 | Çap et
Dəmir arakəsmə daha bir maşını ikiyə böldü - Fotolar
Ötən gün axşam saatlarında Bakı-Sumqayıt yolunda ağır qəza baş verib.

Vertikal.az APA TV-yə istinadən xəbər verir ki, 44 yaşlı Eminov Mirməcid Mirəhəd oğlunun idarə etdiyi "Tofaş" markalı minik maşını dəmir arakəsmələrə çırpılıb. Qəza zamanı dəmir arakəsmələr avtomobilin ön hissəsindən girərək arxa tərəfindən çıxıb.

Hadisə barədə Fövqəladə Hallar Nazirliyinə məlumat verilib.

Qəza yerinə gələn nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları xüsusi alət və avadanlığın köməyi ilə sürücünü avtomobildən çıxararaq təcili yardıma təhvil veriblər.
Ağır şəkildə yaralanan sürücü Sumqayıt Şəhər Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Dəmir arakəsmə daha bir maşını ikiyə böldü - Fotolar
Dəmir arakəsmə daha bir maşını ikiyə böldü - Fotolar
Dəmir arakəsmə daha bir maşını ikiyə böldü - Fotolar
Dəmir arakəsmə daha bir maşını ikiyə böldü - Fotolar





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net