Kamran Həsənli: “ANS-lə yollarımın ayrılması...”
Tarix: 15-10-2015, 17:55 | Çap et
Kamran Həsənli: “ANS-lə yollarımın ayrılması...”
Xəbər verdiyimiz kimi, ANS-də daha bir veriliş, Kamran Həsənlinin aparıcılıq etdiyi “Axşam-axşam” verilişinin yayımı dayandırılıb.

Məlumata görə, bu barədə ANS telekanalında keçirilən son yaradıcılıq iclasında qərar qəbul edilib. Mətbuatda yayılan xəbərə görə, ANS telekanalı Kamran Həsənli ilə yollarını ayırmaq qərarına gəlib.

Aparıcı bu barədə “Yeni Müsavat”a açıqlama verib. Onun sözlərinə görə, verilişinin bağlanılması qərarı televiziyada keçirilən iclasdan əvvəl verilib:
“Bunun iclasla heç bir əlaqəsi yoxdur. İki gün bundan öncə mənə xəbər etdilər ki, bu həftənin cümə günü veriliş efirə çıxmayacaq. Lakin onun hansı səbəbdən bağlanıldığı, bir müddətlik və ya tamamilə efir yayımının dayandırılması haqqında hələ ki, dəqiq məlumatım yoxdur. Bir qədər sonra televiziyaya gedib məsələni aydınlaşdıracam”.

Kamran Həsənli ANS-lə yollarının ayırlması məsələsinə də aydınlıq gətirib:
“Bu barədə xəbərim yoxdur (gülür). Hər halda mənə heç nə deyilməyib...Veriliş tamamilə bağlanarsa yeni layihələr, proyektlər var, yəqin ki, onların birində çalışacam”.

Xatırladaq ki, Kamran Həsənli son bir il ərzində 3 layihə dəyişib. Əvvəlcə “Günəbaxan”, daha sonra isə “Rövşanə ilə bazar səhəri” verilişində aparıcılıq edib. Yeni mövsümdən o, ANS telekanalında “Axşam-axşam” adlı veriliş aparırdı.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net