“AXCP və Milli Şura üzvləri mübarizəni müxalifət daxilinə keçirmək niyyətindədirlər”
Tarix: 15-10-2015, 15:52 | Çap et
“AXCP və Milli Şura üzvləri mübarizəni müxalifət daxilinə keçirmək niyyətindədirlər”
“Kiminsə sosial şəbəkədə nəsə yazması, deməsi bizi düz bildiyimiz yoldan çəkindirə bilməz”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı deyib.

O, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) funksionerləri və Milli Şuranın bəzi üzvlərinin Müsavat Partiyasının parlament seçkilərində iştirakını tənqid etməsinə münasibət bildirib. G. Aslanlı qeyd edib ki, onlardan fərqli olaraq, Müsavat Partiyası mübarizəni müxalifətlə yox, hakimiyyətlə aparır: “AXCP və Milli Şura üzvləri siyasi mübarizəni müxalifət daxilinə keçirmək niyyətindədirlər. Müsavat Partiyasının isə belə fikri yoxdur. O adamlar da özləri üçün müəyyənləşdirsinlər ki, müxalifətlə mübarizə yolunu seçiblər, ya hakimiyyətlə?! Bunu dəqiqləşdirəndən mən onlara cavab verəcəyəm”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net