Rusiyaya görə müharibə başlaya bilər – İslam Kərimov
Tarix: 15-10-2015, 13:17 | Çap et
Rusiyaya görə müharibə başlaya bilər – İslam Kərimov
Əgər Rusiyanın köməkliyi Qırğızıstan sərhədyanı çaylarda hidroelektrik stansiyasının tikintisi davam etdirilsə, Mərkəzi Asiyada müharibə başlaya bilər.

AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə çıxışı zamanı Özbəkistan prezidenti İslam Kərimov çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, stansiyanın tikintisi nəticəsində Aral dənizi quruya bilər.

“Mərkəzi Asiya ölkələrində su resurslarının idarə olunması genişmiqyaslı müharibə ilə nəticələnə bilər. Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Türkmənistan ərazilərindən axan çaylar üzrə enerji layihələri ilə bağlı razılaşdırılmış mövqe lazımdır”, - deyə Özbəkistan prezidentinin mətbuat xidməti xəbər yayıb.

Kərimov hesab edir ki, Mərkəzi Asiyada su elektrik problemləri gələcəkdə o, həddə çata bilər ki, “nəyin ki, qarşıdurmalar, hətta müharibə ilə sonuclana bilər”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net