Ankara məhkəməsi terror xəbərlərinin yayılmasına qadağa qoydu
Tarix: 15-10-2015, 10:41 |
Çap et
Ankara məhkəməsi oktyabrın 10-da Türkiyə paytaxtında baş verən terror aktı ilə bağlı xəbərlərin yayılmasına qadağa qoyub.
Trend-in "Hurriyet" qazetinə istinadən verdiyi məlumata əsasən, qərar dərhal qüvvəyə minib, Türkiyə KİV-ləri bu barədə məlumatlandırılıb.
Məhkəmənin qərarına əsasən, qadağa televiziya, radio, mətbuat, İnternetdə bütün növ xəbərlər, məqalələr və müsahibələrə şamil edilir.