Müasir informasiya texnologiyaları sayəsində kiçikdən böyüyə hər bir insanın təkcə öz yaşadığı ölkə deyil, dünyanın ən uzaq məkanları haqqında belə, məlumata sahib olmaq imkanı var.
Artıq səyahət etmədən də müxtəlif ölkələr, xalqlar haqqında bilgi sahib olmaq, virtual səyahət etmək mümkündür. Bu səbəbdən də insanların yaşadıqları ölkə ilə yanaşı, başqa ölkələr və xalqlar haqqında da simpatiya və ya antipatiyası var.
Bu hisslər çox zaman həmin dövlətin siyasi mövqeyindən, xalqlararası münasibətdən və ya sadəcə, həmin ölkənin gözəl təbiətindən asılı ola bilər.
Bəs, görəsən Azərbaycan xalqının öz vətənlərindən sonra ən çox sevdikləri ölkə hansıdır?
Musavat.com bu sualla şəhər sakinləri arasında sorğu keçirib. Sorğu iştirakçıları arasında Rusiyanı sevənlər üstünlük təşkil edib. İran, Türkiyə və Ukraynanı sevənlər də az olmayıb.
Türkiyəyə sevginin səbəbi kimi, bu dövlətin qardaş ölkə olması, İrana sevginin səbəbi kimi isə orada milyonlarla həmvətənimizin olması göstərilib.
Daha ətraflı aşağıda təqdim etdiyimiz videodan izləyə bilərsiniz.