“Avtovağzal” metrosunu nə gözləyir? – Rəsmi
Tarix: 14-10-2015, 17:53 | Çap et
“Avtovağzal” metrosunu nə gözləyir? – Rəsmi
“Avtovağzal” metro stansiyası sürüşmə ərazisindən xeyli uzaqdadır. Bakı Beynəlxalq Avtovağzal Kompleksində sürüşmə müəyyən bir hissədə baş verdiyindən bunun metrostansiya üçün hər hansı bir təhlükə yaratmaq ehtimalı yoxdur.

Bu sözləri Axar.az-a danışan Bakı Metropoliteni QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

Onun sözlərinə görə, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı yolda baş vermiş çökmənin ərazinin yaxınlığında inşa edilən “Avtovağzal” metrostansiyası üçün heç bir təhlükəsi ola bilməz:

“Biz yerin altında sadəcə qazıntı işləri aparmamışıq, orada həm də tuneller qurulub, bərkitmə işləri aparılıb. Ərazidə baş verən sürüşmənin metrostansiya üçün heç bir təhlükəsi ola bilməz. Nə tunel, nə də stansiya həmin ərazidən keçir”.

Qeyd edək ki, oktyabrın 7-də Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında, Bakı istiqamətində gələn yolda sürüşmə baş verib. Sürüşmə nəticəsində yolda istinad divarı əyilib, avtovağzalın yola yaxın həyətində iri çatlar yaranıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net