Ramil Usubovdan daha bir əmr - TƏYİNAT
Tarix: 14-10-2015, 16:14 | Çap et
Ramil Usubovdan daha bir əmr - TƏYİNAT
Ağcabədi rayon Polis Şöbəsinə yeni rəis müavini təyin olunub.

Hüquq-mühafizə orqanlarından "Report"a verilən məlumata görə,daxili işlər naziri general-polkovnikRamil Usubovun əmri ilə polis polkovnik-leytenantı Vüqar Əliyev Ağcabədi rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini təyin edilib.

V.Əliyev bu təyinatdanəvvəlQaradağ rayon Polis İdarəsində çalışıb.

Qeyd edək ki, Ağcabədi rayon polis şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Yadigar Hüseynov bir müddət əvvəl daxili işlər naziri Ramil Usubovun əmri ilə Xocavənd rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin olunub.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net