Azərbaycan ABŞ və Rusiya ilə bir yerdə
Tarix: 14-10-2015, 12:16 | Çap et
Azərbaycan ABŞ və Rusiya ilə bir yerdə
"Finance Brand" şirkətinin reytinqində Azərbaycanın da adı var.

ANS PRESS-in məlumatına görə, Azərbaycan "Finance Brand" şirkətinin reytinqində ölkə markasının dəyəri üzrə 41 milyard dollarla 71-ci yeri tutur.

Birinci yerdə isə ABŞ yerləşir. Onun markası 19.7 trilyon qiymətləndirilib.

Reytinqdə əsas meyar olaraq ölkələrin Ümumi Daxili Məhsul (ÜDM) istehsalı, investisiya cəlbediciliyi, biznes mühiti və ərazisində fəaliyyət göstərən özəl şirkətlərin sayı və s. götürülüb.

Reytinqin ikinci yerində Çin durur. Onun markası 6,31 trilyon dollarla qiymətləndirilib. Keçən il isə, Çinin markası 6,35 trilyon dollarlar təşkil edib, bu isə o deməkdir ki, ötən ilə nisbətdə bu il Çin bir faiz dəyərini itirib.

Ümumiyyətlə, ilk beşliyi təşkil edən ölkələrdən daha üçü isə bunlar olub: Almaniya (4,17 trilyon dollar), Böyük Britaniya (3,01 trilyon dollar) və Yaponiya (2,54 trilyon dollar).

Rusiya isə siyahıda ötən ilə nisbətən 31 faiz dəyərini itirərək, 810 milyardla reytinqin 18-ci yerini bölüşüb.

Qazaxıstan isə bu dəfə daha ön sıralara keçib. Belə ki, bu ölkənin markası 175 milyardla qiymətləndirilərək, 45-ci yerdə yerləşdirilib.

Türkiyə bu il də öz reytinqini saxladı, ölkənin markası 668 milyardda qiymətləndirilib. Ölkə 19-cu yerdədir.

Reytinqlə Gürcüstan 12 milyardla 93-cü sıranı zəbt edib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net