Türkiyədən ABŞ və Rusiyaya gözdağı: “Məhv edərik”
Tarix: 14-10-2015, 12:10 |
Çap et
PYD-yə (PKK-nın Suriya qanadı) verilən silahın PKK-ya ötürülməyəcəyinə bizi heç kim inandıra bilməz.
Axar.az xəbər verir ki, bu sözləri jurnalistlərlə görüşündə Türkiyə Baş naziri Əhməd Davudoğlu deyib. O, ABŞ-ın PYD-yə silah yardımı etməsinə sərt reaksiya verib:
“PYD-PKK ayrı-seçkiliyinin artıq mənası qalmayıb. PYD-yə verilən silahın PKK-ya ötürülməyəcəyinə bizi heç kim inandıra bilməz. Əgər bu silahların Şimali İraqda, Türkiyədə istifadə edildiyini müəyyən etsək, silahların olduğu yeri məhv edəcəyik. Bunu həm ABŞ-a, həm də Rusiyaya bildirmişik”.
Qeyd edək ki, ABŞ oktyabrın 12-də PYD-yə 50 ton silah göndərib.
Türkiyə PYD-ni terror təşkilatı kimi qəbul edir. Lakin ABŞ və Rusiya Ankaraya qarşı çıxaraq PYD-nin terror təşkilatı olmadığını bildirir.