Azərbaycanlı aktyorlar Elistada tamaşa göstərəcəklər
Tarix: 14-10-2015, 12:01 | Çap et
Azərbaycanlı aktyorlar Elistada tamaşa göstərəcəklər
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı oktyabrın 25-də Rusiya Federasiyasının Elista şəhərinə qastrol səfərinə yollanacaq.

Axşam.az-ın məlumatına görə, kollektiv 4 gün müddətində Milli Dram Teatrın səhnəsində uşaqlar üçün Pərvinin “Dəcəl keçi” və böyüklər üçün Ə.Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” tamaşalarını nümayiş etdirəcək.

Səfər çərçivəsində Elista Dövlət İncəsənət Muzeyində Gənc Tamaşaçılar Teatrının və eyni zamanda nümayiş olunacaq tamaşaların quruluşçu rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü Elşən Sərxanoğlunun əsərlərindən ibarət sərgi təşkil olunacaq.

Sərgidə rəssamın yüzdən artıq qrafik və yağlı boya ilə işlənmiş əsərlərinin nümayişi nəzərdə tutulub.
Daha sonra Elista şəhər Filarmoniyasında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının əməkdaşı – aktyor – müğənni İlham Əsədovun iştirakı ilə xalq və müasir bəstəkar mahnılarından ibarət konsertin keçirilməsi də nəzərdə tutulub.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net