Co Bayden türk xalqına yazdı
Tarix: 14-10-2015, 10:53 | Çap et
Co Bayden türk xalqına yazdı
ABŞ-ın vitse-prezidenti Co Bayden Türkiyənin Vaşinqton səfirliyini ziyarət edərək Ankaradakı terror hücumunda həlak olanlar üçün açılan başsağlığı dəftərinə yazıb. Axar.az xəbər verir ki, vitse-prezidenti Vaşinqton səfirliyində Türkiyənin Amerikadakı səfiri Sərdar Qılınc qarşılayıb. Daha sonra Co Bayden başsağlığı dəftərinin olduğu otağa keçib.

Vitse-prezident “Türk xalqına” sözü ilə başlayan yazısında bunları qeyd edib:

“Şənbə günü Ankarada baş verən qorxunc tragediyada həlak olanlara və onların ailələrinə dərin hüznlə başsağlığı verirəm. ABŞ Türkiyənin terrora qarşı mübarizəsində həmişə yanında dayanaraq lazımlı dəstəyi verməyə hazırdır. Güclü və cəsur türk xalqı bu faciəni daha da güclənmiş şəkildə aşacaq”.

Qeyd edək ki, Türkiyənin Vaşinqton səfirliyində açılan başsağlığı dəftərini gün ərzində İngiltərə, Rusiya, Bolqarıstan, Yəmən kimi ölkələrin səfirliklərinin təmsilçiləri də imzalayıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net