ABŞ-da təyyarə qəzası, ölənlər var
Tarix: 14-10-2015, 10:09 |
Çap et
ABŞ-ın Florida ştatında kiçik təyyarə səyyar evlərin yerləşdiyi qəsəbə ərazisində qəzaya uğrayıb.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə şəhərin Palm-Biç şəhərinin Yanğın-Xilasetmə Xidmətinin kapitanı Alberto Borroto məlumat verib.
"Ölənlər var, onların sayı müəyyənləşdirilir", - deyə o bildirib. Onun sözlərinə görə, təyyarənin qəzaya uğramasına iki evdə baş verən yanğın səbəb olub.
Federal Aviasiya İdarəsi faktı təsdiqləyib, lakin hadisənin təfərrüatları barədə məlumat verilmir.