Ərəblər Rusiya sərhədində: Kremlə savaş elanı
Tarix: 13-10-2015, 17:15 | Çap et
Ərəblər Rusiya sərhədində: Kremlə savaş elanı
Səudiyyə Ərəbistanı Qdansk limanı vasitəsilə Polşaya neft ötürməyə başlayıb.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Rosneft” şirkətinin rəhbəri İqor Seçin söyləyib. Onun sözlərinə görə, Polşaya göndərilən ərəb nefti Rusiyanın “Urals” markasından ucuz satılır:

“Səudiyyə Ərəbistanının süni şəkildə neftin qiymətini endirməsi dünya bazarlarında dəyişikliklərə səbəb olur. Sözsüz ki, bu mərhələdə bazarlar uğrunda savaş əsas faktorlardan biridir”.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Polşaya ilk partiya nefti 21 sentyabrda göndərib. “Röyter” agentliyinin məlumatına görə, ərəblər Polşa bazarında nefti ən ucuz qiymətə satırlar. Bununla da Ər Riyad İran bazara qayıtmazdan öncə əsas əraziləri ələ keçirmək istəyir. Üstəlik, Yaxın Şərq neftinin Avropa bazarına girməsi “Urals” markasının mövqelərini itirməsinə səbəb olur.

Polşa ilə bərabər Macarıstan da bir müddət öncə Rusiya neftindən imtina edib. Rəsmi Budapeşt kürd neftinin istehlakına başlayıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net