Gömrükdə narkotik əməliyyatı: həbslər var
Tarix: 13-10-2015, 11:36 | Çap et
Gömrükdə narkotik əməliyyatı: həbslər var
İrandan Azərbaycana gələn iki şəxsdən narkotik aşkarlanıb.

Axar.az Dövlət Gömrük Komitəsinin rəsmi saytına istinadla xəbər verir ki, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İrandan piyada gələn Azərbaycan vətəndaşı Rafael Qənbərov həbs edilib.

Onun üzərində şəxsi yoxlama zamanı düz bağırsağından 3 ədəd bükümdə, ümumi xalis çəkisi 106,9 qram olan narkotik vasitə - heroin və 1 ədəd bükümdə, xalis çəkisi 7,98 qram olan narkotik vasitə - həşiş aşkar olunub.

İrandan gələn Azərbaycan vətəndaşı Valeh Bədəlovun üzərində aparılan şəxsi yoxlama zamanı isə onun daxili orqanından 3 ədəd bükümdə, təmiz çəkisi 15,519 qram olan narkotik vasitə - heroin, təmiz çəkisi 37,206 qram olan narkotik vasitə - tiryək və təmiz çəkisi 6,5 qram təşkil edən psixotrop maddə - metamfetamin aşkar olunub. Hər iki faktla bağlı təhqiqat aparılır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net