Yaponiyada ABŞ-ın yeni hərbi bazasına dair icazə ləğv edilib
Tarix: 13-10-2015, 11:29 |
Çap et
FaktXəbər-in verdiyi məlumata görə, Okinava prefekturasının qubernatoru Takesi Onaqa ABŞ-a dəniz piyadaları aviabazasının yerləşdirilməsi üçün tikintiyə verilən icazəni ləğv edib.
Onun sözlərinə görə, sələfinin mərkəzi hökumətə verdiyi izn səhv addımdır.
ABŞ hərbi komandanlığı yeni bazanı Naqo şəhərinin yaxınlığındaki Henoko kəndinun ərazisində inşa etməyi planlaşdırırdı.
Qubernator artıq qərarını rəsmi şəkildə Yaponiya Müdafiə Nazirliyinə bildirib.
Təqribən 20 il öncə Yaponiya hökuməti Okinava adasının mərkəzindəki Ginnovan şəhərində ABŞ hərbi bazasının bağlanması barədə qərar vermişdi. Əvvəlcə bu bazanın prefekturadan kənara çıxarılması düşünülürdü. Sonradan bazanın adanın daxilində yerdəyişməsi və ABŞ-ın «Kemp-Şvab» bazasının yerləşdiyi Xenoko aerodromunun tikintisi barədə qərar verilmişdi.