Türkiyədə azərbaycanca ağı: Yandım balam, lay-lay balam... – FOTO
Tarix: 13-10-2015, 10:22 | Çap et
Türkiyədə azərbaycanca ağı: Yandım balam, lay-lay balam... – FOTO
Ankarada ölənlərdən biri azərbaycanlıdır.

Türkiyənin paytaxtı Ankarada terror aktı zamanı həyatını itirən Özvər Gökhan Arpaçay adlı gənc doğulduğu Qars şəhərində torpağa tapşırılıb.

Oxu.Az xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, Arpaçayın anası övladına Azərbaycan dilində ağı deyib.

“Ay balam, yandım balam, lay-lay balam, lay-lay” deyən Türkan Arpaçay övladını son mənzilə yola salıb.

Dəfn mərasimində 32 yaşlı gəncin anası Türkan Arpaçay və atası Kərim Arpaçay iştirak ediblər.

Günorta namazından sonra Gökhanın cənazəsi Qarsın Yeni Məhəllə Qəbristanlığında torpağa tapşırılıb.

Türkiyədə azərbaycanca ağı: Yandım balam, lay-lay balam... – FOTO
Türkiyədə azərbaycanca ağı: Yandım balam, lay-lay balam... – FOTO
Türkiyədə azərbaycanca ağı: Yandım balam, lay-lay balam... – FOTO





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net