BMT-nin əməkdaşı Qəndəharda öldürülüb
Tarix: 12-10-2015, 17:15 |
Çap et
BMT-nin Əfqanıstandakı qadın əməkdaşlarından biri Qəndəhar şəhərində güllələnib.
Bu barədə oktyabrın 12-də Əyalət qubernatorunun sözçüsü Toopakai Olfat məlumat verib.
Onun sözlərinə görə, qadın ofisdən çıxıb evinə gedərkən motosiklda olan 2 nəfər onu güllələyiblər.
BMT-nin Əfqanıstandakı yardım missiyası məlumatı təsdiqləyib.
Hücuma görə cavabdehliyi heç kim üzərinə götürməyib.