Prokuror 80 min manatlıq dələduzluq edənə 10 il cəza istədi
Tarix: 12-10-2015, 16:04 | Çap et
Prokuror 80 min manatlıq dələduzluq edənə 10 il cəza istədi
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Bəhruz Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az-ın məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı məhkəmədən B.Əliyevin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası oktyabrın 15-nə təyin edilib.

Qeyd edək ki, B.Əliyev 41 nəfər şəxsdən dələduzluq yolu ilə 80 min manat pul alıb. O, həmin şəxslərə özünü "Bakcell" şirkətinin işçisi kimi təqdim edərək onları işə düzəldəcəyini vəd edib. Daha sonra tutulan B.Əliyev dəyən ziyanın 24 min manatını zərərçəkən şəxslərə ödəyib.
O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net