Qubada sahibkarın bağından 250 yeşik alma oğurlanıb
Tarix: 12-10-2015, 15:01 |
Çap et
Quba rayonunda oğurluq faktı qeydə alınıb. Lent.az-ın məlumatına görə, Quba rayonu, Zərdabi kənd sakini Elvir Bayramova məxsus alma bağından 250 yeşikdən çox alma oğurlanıb. Kənd sakininin sözlərinə görə, hadisə ötən gün axşam saatlarında qeydə alınıb. Sahibkar deyir ki, ona 2000-dək ziyan dəyib.
Faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub.