SOCAR “Qazprom”la rəqabətə hazır olduğunu bəyan etdi
Tarix: 12-10-2015, 14:46 | Çap et
SOCAR “Qazprom”la rəqabətə hazır olduğunu bəyan etdi
SOCAR Gürcüstan bazarında Rusiyanın “Qazprom” şirkəti ilə azad rəqabətə hazırdır.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə SOCAR-ın Gürcüstandakı törəmə şirkəti “SOCAR Energy Georgia”nın prezidenti Mahir Məmmədov “Trend”ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiyanın Gürcüstana qaz təchizatını artırması bu ölkə bazarında rəqabəti gücləndirəcək.

“Bu, azad bazardır, digər şirkətlərin iştirakı rəqabət səviyyəsini artıracaq və deməli xidmətlərin keyfiyyətini yaxşılaşdıracaq. Əgər Gürcüstan Rusiyadan daha çox qaz almaq barədə qərar versə, biz də yeni şərtlərə uyğunlaşacağıq və inkişafımızı davam etdirəcəyik. Ümumiyyətlə, biz rəqabətə hazırıq”- deyə Mahir Məmmədov bildirib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net