“Türkiyədə çox qorxdum”
Tarix: 12-10-2015, 12:25 | Çap et
“Türkiyədə çox qorxdum”
Amerikalı top model Şantel Winnie “Forum Fashion Week” üçün İstanbulda qonaq olub.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, model Ankarada baş verən terrordan danışıb:
“Televiziyada terror hadisəsini seyr etdim, çox təsirləndim. Bir gün vaxt edib şəhəri gəzməyi planlaşdırırdım, lakin fikrimi dəyişdirdim. Oteldən çıxmayacam, çünki qorxdum”.

Vitiliqo xəstəliyi (qazanılmış xroniki xəstəlikdir. Bu xəstəliyin əsas simptomu xəstənin dərisində əmələ gələn ağ rəngdə ləkələrdir) olan model xəstəliyindən danışıb:

“Bu xəstəliyə 4 yaçımda turuldum. Bədənimdə ləkələr çıxınca anam məni həkimə aparmışdı. Doktor vitiliqo diaqnozu qoymuşdu. O, təbii ki, çətinlikli bir dövr idi. Məktəbdə yoldaşlarım məni lağa qoyurdu. Onsuz da sonunda bu zorakılığa daha çox dözmədim, məktəbi buraxdım. Daha sonra özümü sevməyə başladım. Fotolarımı sosial şəbəkədə paylaşdım və məni model agentliyi kəşf etdi”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net