Vüqar Əhmədi təhdid edən kommersant-namizəd geri çəkildi...
Tarix: 12-10-2015, 10:59 |
Çap et
Moderator.az xəbər verir ki, deputatlığa namizəd tanınmış şair, filologiya elmləri doktoru, professor Vüqar Əhməd namizədliyini geri götürmək üçün onu təhdid edən kommersant-namizədin özünün geri çəklidiyini bildirib:
"Məni məmurun əli ilə təhdid edib namizədliyimi geri götürməyə məcbur etmək istəyən kommersant-namizəd dünən gecə namizədliyini geri götürüb. Dövlətimiz sağolsun, demokratik mətbuatımız sağolsun. Düzdür, o məmur çalışacaq məndən intiqam alsın. Özü dediyi kimi onsuz da qoymayacağam qutudan Vüqar Əhməd çıxsın. Allah kərimdir. O vaxtacan Allah özü onun cəzasını verər inşallah!