
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün bu gün bir neçə vacib görüş keçirəcək.
Axar.az xəbər verir ki, Ankarada baş verən terakt və Rusiya döyüş təyyarələrinin ölkə sərhədlərini pozması səbəbindən prezident nazirlərlə bir araya gələcək.
Ərdoğan yerli vaxtla 11:00-da Daxili İşlər naziri Salami Altınoku, saat 12:00-da Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidanı qəbul edəcək.
Saat 13:30-da Silahlı Qüvvələrin Baş qərargah rəisi Hulusi Akar prezidentin qəbulunda olacaq. Bu görüşdə Rusiya reaktivlərinin hava fəzasını pozması müzakirə olunacaq. Ərdoğan bu görüşlərdən sonra saat 15:00-da Baş nazir Əhməd Davudoğlu ilə bir araya gələcək.