İTV-nin bahalı reklam şərtlərindən hansı namizədlər istifadə edəcək? - SORĞU
Tarix: 9-10-2015, 16:56 |
Çap et
1 noyabr parlament seçkilərində iştirak edəcək namizədlər bu gündən etibarən öz təbliğat kampaniyalarına başlayıblar.
Hafta.az bəzi namizədlər arasında sorğu keçirərək onların İctimai Televiziyanın pullu efir vaxtından istifadə edib-etməyəcəklərini soruşub:
9 saylı Binəqədi dairəsindən deputatlığa namizəd olan Qarabağ Azadlıq Təşkilatının sədiri Akif Nağı qiymətlərin həddən artıq baha olduğunu bildirərək İTV-nin təqdim etdiyi pullu efir vaxtından istifadə etməyəcəyini bildirdi.
35 saylı Xətai üçüncü seçki dairəsinin namizədi, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə də İTV-nin pullu efir vaxtından istifadə etmək üçün vəsaitinin yetmədiyini dedi.
12 Saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsinin namizədi Natqi Cəfərlinin bildirdiyinə görə, İTV-nin namizədlər üçün müəyyən etdiyi qiymətlər həddan artıq bahadır. O, pullu efir vaxtından istifadə etməyəcək.
125-lər siyasi klubunun rəhbəri İlhamiyyə Rza İTV-nin təklif etdiyi qiymətlərin yüksək olduğunun bildirərək bundan istifadə etməyəcəyini, amma seçiciləri ilə intensiv görüşlər keçirərək öz platformasını onlara çatdıracağını bildirdi.
104 saylı Gədəbəy-Tovuz Seçki Dairəsindən deputatlığa namizəd olan iqtisadçı ekspert Nazim Məmmədov bildirib ki, İTV- seçicilərin iradəsinə hörmət etmir:
“Bu kanal ictimaiyətin maraqlarına xidmət etməlidir, amma biz bunu görə bilmirik. Mənim mövqeyim prinsipiallıq mövqeyidir, İTV-də ancaq pulsuz efirə gedə bilərəm, pullu efiri 20 qəpik də etsələr bundan sonra ora getmək adamın özünə hörmət qoymaması olar. ANS normal qiymət təklif etsə onun efirindən 3-5 dəqiqə istifadə etmək olar, mənəvi dəstək üçün.