Tofiq Hacıyevin təftişi başa çatdı
Tarix: 9-10-2015, 16:23 | Çap et
Tofiq Hacıyevin təftişi başa çatdı
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda institutun fəaliyyəti ilə bağlı aparılan monitorinqlər başa çatıb.

AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Teymur Kərimli APA-ya bildirib ki, gələn həftə monitorinqlərlə bağlı nəticələr ümumiləşdiriləcək.

O əlavə edib ki, AMEA Nəsimi adına Dilçilik İnstitutunda monitorinqlərin aparılmasında əsas məqsəd prezident İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramında nəzərdə tutulan işlərin yoxlanılması olub: “Şübhəsiz müəyyən nöqsanlar ola bilər. Hazırda iş gedir. Bu haqda gələn həftə ictimaiyyətə rəsmi məlumat veriləcək”.

Qeyd edək ki, hazırda AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktor vəzifəsini həm Tofiq Hacıyev, həm də Möhsün Nağısoylu icra edir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net