Rusiya Xəzərdəki donanması üçün yeni silah və texnika alacaq
Tarix: 9-10-2015, 12:21 |
Çap et
Rusiyanın Qara dəniz və Xəzər hərbi donanmaları10-dan artıq yeni silah və hərbi texnika, o cümlədən, raketdaşıyıcı və keşikçi gəmiləri, həmçinin sualtı qayıqlar alacaq.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Cənub Hərbi dairəsinin mətbuat xidmətindən bildirilib.
"Qara Dəniz və Xəzər hərbi donanmalarının tərkibinə 10-dan artıq ədəd hərbi texnikanın, o cümlədən, "Admiral Grigoroviç" və "Admiral Essen" keşikçi gəmiləri, "Zelyonı Dol" və "Serpuxov" kiçik raketdaşıyıcı gəmiləri, həmçinin patrul və çoxtəyinatlı gəmilər, "Krasnodar" sualtı qayığı, Ka-27m helekopteri və digər avadanlıqların alınması nəzərdə tutulur", - məlumatda deyilir.
Xatırladaq ki, oktyabrın 7-də Rusiya gəmiləri Xəzər dənizindən Suriyadakı "İslam Dövləti" mövqelərinə 26 atəş zərbəsi endirib.