“Bəzi qurumlar Azərbaycanın apardığı siyasətdən narahatdır”
Tarix: 8-10-2015, 18:12 |
Çap et
“Avropa Şurasının (AŞ) baş katibi öz nümayəndəsini Nazirlər Komitəsinin Azərbaycanda insan haqları məsələsi ilə əlaqədar işçi qrupundan geri çağırmaqla işçi qrupunun fəaliyyətinə hansısa bir xüsusi təsir etmir”. Bunu Modern.az-a açıqlamasında “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov deyib.
Onun sözlərinə görə, Azərbaycan hökumətinin apardığı müstəqil siyasət bügun Avropanın bu kimi dairələrində qəbul olunmamasının ən böyük göstəricisi, ən böyük amili elə onun məhz müstəqil olmasındadır ki, bu kimi qurumlar bu siyasətdən narahatdır:
“2014-cü ilin oktyabrından Avropa Şurasının nümayəndəsi kimi Bakıda Azərbaycan vətəndaş cəmiyyəti və hakimiyyət arasında dialoqun bərpasına yönəlmiş görüşlərdə iştirak etdiyini bəyan edən baş katib Torbyorn Yaqland bilməli idi ki, xüsusi dairələrin maliyyə dəstəyi nəticəsində qurulmuş cəmiyyətlər Azərbaycanın vətəndaş cəmiyyətini formalaşdırmır. Vətəndaş cəmiyyəti institutları potensial görüşə açıq olan təşkilatlar mövcuddur ki, belə bir görüşlərin bu kimi təşkilatla baş tutmadığının şahidi oluruq. Yenə hesabatlar xüsusi mənbələrə əsaslanır qənaətinə gəlmək mümkündür”.
M. Seyidov baş katibin ölkədə hüquq müdafiəçiləri ilə bağlı ümumi vəziyyətini şərh edən açıqlamasına da toxunub:
“Ölkədə hüquq müdafiəçiləri ilə bağlı ümumi vəziyyətini artıq pisləşməsindən xəbər verən Avropalı baş katib ilk olaraq təmsil etdiyi qurumun nizamnaməsi və qanuni aktlarına necə riayət etdiyindən xəbər verməli və bununla da ölkə qanunvericiliyə ciddi nəzarət etməlidir. Görünür ki, 2014-cü ilin oktyabr ayından səfərdə olan baş katib həqiqətən bu kimi məsələləri dərindən araşdırmağa potensial vaxtı və imkanları olmayıb. Baş Katib, ilk öncə Azərbaycan həqiqətləri haqqında indiyədək təmsil etdiyi qurumun dərc etdiyi qətnamələrin yerinə yetirilib yetirilməməsi dair məsələləri monitorinq etməli, sonradan Azərbaycanın vəziyyətin pis olduğuna dair iddialara qapılmaq həvəsinə düşə bilərdi”, deyə “İrəli” sədri bildirib.