
Xalq artisti İlhamə Quliyeva əməkdar artist Elza Seyidcahanın deputatlığa namizədliyinin qeydə alınmamasına münasibət bildirib.
Vertikal.az xəbər verir ki, “Qafqazinfo”ya açıqlamasında xalq artisti Seyidcahana uğurlar arzulayıb:
“Gələn seçkilərdə yenidən namizədliyini irəli sürər. Canı sağ olsun. Allah bütün işlərində xeyir versin”.
Qeyd edək ki, Seyidcahan 54 saylı Şabran-Siyəzən seçki dairəsindən namizədliyini irəli sürmüşdü.