Pulunu geri ala bilməyən azərbaycanlılar
Tarix: 8-10-2015, 17:27 | Çap et
Pulunu geri ala bilməyən azərbaycanlılar
Azərbaycandakı bəzi aviaşirkətlər uçuşu təxirə salmaq istəyən şəxslərin biletlərini geri qaytarmır.

Bunu ANS PRESS-ə səyahətini təxirə salmaq istəyən vətəndaşlardan biri olan Cavid Allahverdizadə deyib.

Cavid Allahverdizadəni s[zl'rin' deyir ki, dünən günorta saatlarında Bakıdakı kassların birindən 09.10.2015-cı il tarixində saat 16:00-da Rusiyanın Vnukovo hava limanına uçmaq üçün bilet alıb. Lakin daha sonra problemi yaranıb və gedə bilməyəcəyini qərara alıb, bunun üçün biletinin geri qaytarılması üçün kassaya geri qayıdıb. "Kassada mənə dedilər ki, sənin biletini geri ala bilmərik. Çünki biletin üzərində ingilis dilində geri qaytarılmır yazılıb. Mən də dedim ki, axı ingiliscə bilmirəm və heç kim də mənə qaytarılmıyacağı ilə bağlı məlumat verməyib. Belə olan təqdirdə biletin tarixini uzatdılar və dedilər ki, gələcək iki ay ərzində istədiyin zaman bu biletdən istifadə edə bilərsən. Demək, mən bu müddət ərzində də gedə bilməsəm, biletə xərclədiyim 201 manat pul batacaq", - deyə Cavid Allahverdizadə bildirib.

Məsələ ilə bağlı həmin kassanın bilet satışı ilə məşğul olan işçisi Sənan Dadaşov ANS PRESS-ə bildirib ki, bizim bəzi şəhərlərə satdığımız biletlər geri qaytarılmır. Həmin Vnukovo da o şəhərlər arasındadır: "Cavid Allahverdizadənin biletini mən satmışam. Onun biletini geri qaytara bilərəm. Bir işdir də olub, vətəndaşa bu barədə məlumat verməmişik. Bizim şirkət xarici şirkətin nümayəndəliyidir. Ona görə də biletin üzərində bütün məlumatlar, eləcə də qaytarılmadığını əks etdirən yazı xarici dildə əks olunub. Bizim şirklətin Azərbaycan qanunlarına heç bir tabeçiliyi yoxdur", - deyə Sənan Dadaşov iddia edib.

İqtisadçı ekspert Zahid Məmmədov bu halı qanun pozuntusu sayır: "Birincisi, şirkət satdığı bilet barədə müştəriyə məlumat verməli idi, bunu etməyibsə, bu, qanun pozuntusuna yol verib. İkinci qanun pozuntusu da var - istənilən beynəlxaq şirkət Azərbaycanda fəaliyyət göstərirsə, yazıları da, danışmaqları da Azərbaycan dilində olımalıdır. "Ana dilinin qorunması haqqında" qanun var. Əgər belə bir addım atılırsa, Azərbaycan qanunları və müştərinin hüquqları pozulur. Belə olan halda da vətəndaş prokurorluq orqanlarına şikayət etməlidir",- deyə ekspert ANS PRESS-ə bildirib.

Ümumiyyətlə, bu hadisədən görünən odur ki, kassada əyləşib bilet satışı ilə məşğul olan kimlərinsə səhlənkarlığı, vəzifəsinin öhdəsindən yetərincə gəlməməsinin əziyyəti Cavid kimi vətəndaşlarımıza 201 manata başa gəlir. Burada şirkətin də nəzarətdən kənarda qalaraq özünü Azərbaycan qanunlarından kənarda hiss eləməsi insanlarımızın öz ölkələrində istədiyini qarşı tərəfə çatdıra bilməməsinə və sonda da zərərli çıxmasına səbəb olur.

Ümid edirik ki, müvafiq qurumlar özünü belə azad hiss edib nəticədə də vətəndaşa zərər vuran belə şirkətlərə onların Azərbaycanda olduqlarını, onun qanunlarına, dilinə qarşı öhdəlik daşıdıqlarını xatırladarlar. Əks halda, öz ölkəmizdə bizi hələ çox aldacacaqlar.

Sakinlərə isə ya taleləri ilə barışmaq, ya da prokurorluq orqanlarını məlumatlandırmaq qalır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net