"O, VHP-nin seçki siyahısına da mənim təklifim və xahişimlə salınmışdı"
Tarix: 8-10-2015, 16:56 | Çap et
"O, VHP-nin seçki siyahısına da mənim təklifim və xahişimlə salınmışdı"
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı özünün "facebook" səhifəsində gənc alim, deputatlığa namizəd Faiq Ələkbərovla münasibətlərinə aydınlıq gətirib.

Vertikal.az dia.az-a istinadən bildirir ki, deputatın statusu aşağıdakı kimidir:

"Faiq Ələkbərov yazdığı məqalələrin və kitabların ciddi vətəndaşlıq ruhu və elmi - milli dəyəri ilə, insanlıq keyfiyyətləri ilə, qələmiylə apardığı əzmkar mübarizəsi ilə mənə doğma adamdır, hörmət bəslədiyim istedadlı alimlərimizdən biridir. Partiya mənsubiyyəti bir yana, əsil alim üçün bu o qədər də önəmli deyil,amma neçə ildir, biz bir yerdəyik, O, DAK-ın, Azərbaycan Dil Qurumunun milli problemlərimizə həsr olunmuş elmi tədbirlərinin, müzakirələrinin ən fəal iştirakçılarından biridir. O, VHP-nin seçki siyahısına da mənim təklifim və xahişimlə salınmışdı. Arada müəyyən anlaşılmazlıq olsa, və bəzi çirkin niyyətli adamlar bundan istifadə edib araya girmək istəsələr də bizim dostluğumuz. əqidədaşlığımız sarsılmazdır.Faiq bəy VHP-dən narazı qalıb fikrini bildiribsə bunu da səmimi və anlaşıqlı qəbul etmək lazımdir. Mən gənclərimizin Faiq bəyin narazılığına səbirsiz yanaşmalarına, onun müəllim fəaliyyətinə kölgə salmağa çalışanların əsassız ittihamlarına qoşulmalarına təəssüfləndim. Əksinə, VHP gəncləri Faiq Ələkbərov kimi sayı o qədər də çox olmayan milli təfəkkürlü alimlərimizi yaxından tanımalı, onun kitablarını oxumalı və ona arxa olmalıdırlar".





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net