Maliyyə nazirliyinin işçiləri Cəlilabadda yarım milyondan imtina ediblər?
Tarix: 8-10-2015, 16:37 | Çap et
Maliyyə nazirliyinin işçiləri Cəlilabadda yarım milyondan imtina ediblər?
Cəlilabad rayon təhsilindən edilən saysız hesabsız şikayətlərdən sonra RTŞ müdiri Vidadi Dövlətov vəzifəsi böyüdülməklə işdən uzaqlaşdırıldı. Bunun ardınca isə Maliyyə Nazirliyindən gələn yoxlamalar indiyə qədər olan yeyintiləri bir növ təsdiq etdi. Bu barədə Vertikal.az-a rayondan xəbər verilib.

Xəbərdə deyilir ki, gələn məmurlar hətta bir neçə tədbirlər belə görüblər. Beləki , yayda müəllimlərin xəbəri olmadan onların məzuniyyət pulundan tutulan 10 manat sığorta pulları müəllimlərin kartına vurulularaq onlara qaytarılıb. Çox maraqlı bir hadisə isə adi heç bir zaman yeyintidə çəkilməyən məktəbin birində yoxlama aparanda orada 100 000 manatdan yuxarı yeyinti faktına rast gəliblər .

Gələn qonaqlara YARIM MİLYON rüşvət təklif ediləsə də, onlar buna təkbaşına qərar verə bilməyəcəklərini deyib və yenidən Bakıya yola düşüblər . Rayon təhsilində yeyilən pulların sayı hesabı olmadığından və bunun arxasında duranın təkcə RTŞ müdiri olmadığı üçün son qərar əlbəttəki Bakıdan verilməlidir. Ciddi araşdırmalar olsa analoqu olmayan yeyinti faktlari aşkarlanacağı istisna edilmir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net