Lənkəranskinin adamı Moskvada ələ keçdi
Tarix: 8-10-2015, 16:10 | Çap et
Lənkəranskinin adamı Moskvada ələ keçdi
Rusiya Daxili İşlər Nazirliyi Moskvada azərbaycanlı qanuni oğrunu ələ keçirib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatına Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Yelena Alekseyeva məlumat verib. Onun sözlərinə görə, əməliyyat zamanı ələ keçirilən şəxs azərbaycanlı qanuni oğru Zaur Naxçıvanski ləqəbli Zaur Şipilovdur.

Qanuni oğrunun üzərində narkotik maddə götürülüb. Ona qarşı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət işi açılıb.

Qeyd edək ki, Zaur Naxçıvanski Rövşən Lənkəranskiyə yaxınlığı ilə seçilir. Hətta bəzi mənbələr Naxçıvanskini Rövşən Lənkəranskinin taclandırdığını bildirirlər.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net