"Əməliyyatdan sonra 12 kiloqram arıqlamışam" - "Fəlakət"
Tarix: 8-10-2015, 15:49 |
Çap et
“Bozbash pictures”in Fəlakəti, aktyor Elşən Orucov tədbirlərin birində fotokameramız qarşısına keçərək şəkillər çəkdirib.
Axşam.az-a açıqlama verən aktyor xeyli arıqlamasından danışıb. O, əməliyyat olunduqdan sonra 12 kiloqram çəki itirdiyini bildirib:
“İdmanla məşğul olurdum, arıqlamaq istəyirdim. Amma bu qədər yox. Həddindən artıq arıqlamışam, 12 kiloqram çəki itirmişəm. Xəstəliyimlə bağlı arıqladığım üçün simamda da solğunluq hiss olunur. Həkimlər idmanla məşğul olmağa icazə vermirlər. Ona görə də istədiyim formaya düşə bilmirəm. Yüz faiz qarderobumu dəyişməliyəm. Çünki bütün paltarlarım əynimə böyükdür. İndi ən balaca pencəyimi geyinmişəm, amma yenə də yekədir".
E.Orucov “Bozbash pictures”in yeni mövsümə hazır olduğunu bildirib:
“Səhhətimdə heç bir problem qalmayıb, indi yaxşıyam. Bu yaxınlarda çəkilişlərə başlayacağıq. “Bozbash pictures”də yenilik olacaq. Sadəcə bizim indi başımız filmə qarışıb. “Axırıncı yol”un son çəkilişləri tamamlandıqdan sonra o işə başlayacağıq. Çoxlu yeniliklər də fikirləşmişik. Ola bilsin yeni obrazlar da əlavə olunsun. Əsas odur ki, tamaşaçının xoşuna gələn bir şeylər edəcəyik”.
Qeyd edək ki, E.Orucov appensitdən əməliyyat olunmuşdu.