`Mehman Əliyev mənə yalvarırdı...` - Sahib Məmmədovdan sərt İttihamlar
Tarix: 8-10-2015, 15:42 |
Çap et
Hüquq müdafiəçisi Sahib Məmmədov “Turan İnformasiya Agentliyi”-nin baş direktoru Mehman Əliyevlə bağlı tənqidi fikirlər səsləndirib.
Hüquq müdafiəçisi Mehman Əliyevi saxtakarlıqda və ikiüzlülükdə ittiham edib.
Sahib Məmmədovun şəxsi Facebook səhifəsində yazdığı statusu olduğu kimi təqdim edirik:
“Mehman Əliyev yenə də, yalan maşınını işə salıb. Günah onu himayəyə götürən təsisatdadır. Avropa Şurasının rəsmi veb səhifəsində gedən 3-4 sətr yazıdan əməlli bir irihəcmli material toxuyub. Ötən il İnsan Hüquqları məslələri üzrə birgə işçi qrup bərpa olunanda 35 təşkilat (mətni də elə burda hazırlamışdılar. Hazırlayan adamın da adını yazmıram. İndi başqa yerdədir) Avropa Şurası Baş Katibinə bir müraciət hazırlamışdı. İşçi qrupuna açıq şər atılmışdı və o cümlədən mənim ATƏT İHDTB Varşavada keçirilən illik toplantıda çıxışımı təhrif edib (əslində yalandan bir cümlə yazmışdılar həmin müraciətə, guya mən Varşavada çıxışımda demişəm) müraciətə daxil etmişdilər.
İndi bu da ötən ilki mətni də dünən AŞ Baş Katibinin AŞ Nazirlər Komitəsində dediyi cümləyə əlavə edib yayıb. Guya bunlar hamısı indi baş verib. Bu o adamdır ki, vaxtıilə mən Prezident Aparatında şöbə müdiri işləyəndə qəbul otağımda gəzirdi. Şəxsi firma təsis eləmişdi və guya Sumqayıtla bağlı film çəkəcəkdi. Mənə yalvarıb inandırmışdı ki, film çox vacibdir. Mən də Sumqayıt və daha 3 rayon icra hakimiyyəti başçılarına həmin hesablara müəssələrdən pul köçürülməsini tapşırmışdım. Külli miqdarda pul toplanmışdı. İyun hadisələri baş verdi və bu şəxs həmin pulla indiki "...turan" agentliyini yaratdı, o dövr üçün müasir avadanlıqlar aldı.”