Bakıda kenquru ətindən kolbasa satılır?
Tarix: 8-10-2015, 12:59 | Çap et
Bakıda kenquru ətindən kolbasa satılır?
Bakıda mağazalarda kenquru ətindən olan kolbasaların satılması xəbəri kökündən yanlış məlumatdır.

Bunu Trend-ə açıqlamasında mağazalarda kenquru ətindən olan kolbasaların satılması ilə bağlı məlumatlara münasibət bildirərkən Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma Gigiyenası Bölməsinin müdiri İmran Abdullayev deyib.

İ.Abdullayev bildirib ki, kenquru ətinin kolbasaya qarışdırılması standartlarda nəzərdə tutulmayıb: "Başqa ətlər - at və maral əti kolbasaya qarışdırıla bilər. Bakıda kenquru ətindən olan kolbasaların satılması yalan məlumatdır”.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakıda mağazalardan birində satılan kolbasanın tərkibində kenquru əti olması ilə bağlı məlumatlar yayılmışdı.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net