Azərbaycanlı avtoritetin məhkəməsi başladı
Tarix: 8-10-2015, 12:02 |
Çap et
Bu gün Rusiyanın Çelyabinsk şəhərinin Mərkəz Rayon Məhkəməsində azərbaycanlı kriminal avtoritet İlham Osmanovun barəsində məhkəmə prosesi başlayıb.
Virtualaz.org saytı xəbər verir ki, İlham Osmanov və iki tərəfdaşı - Aleksandr Kiriçenko və Oleq Mitryasov reketlikdə ittiham olunurlar.
Onlar bu ilin fevralında biznesmeni təhdid edərək onun avtomobilini və 11 milyon rubl pulunu alıblar. İlham Osmanov Çelyabinsk üzrə “smotryaşiy” statusunu daşıyır.
“Prestupnaya Rossiya” xəbər verir ki, o, milliyətçə yezidi kürdü olan və “Ded Xasan”ın qruplaşmasına daxil olmuş Timur Mirzoyevin adamıdır. Osmanov Mirzoyevin qruplaşmasına daxil olan kriminal avtoritetlərlə birlikdə dəfələrlə saxlanılıb.
Avtoritetin həmçinin bizneslə məşğul olduğu, habelə əlillərə dəstək mərkəzində təsisçi olduğu bildirilir.