Avtovağzaldakı sürüşmə Bakıya girişi iflic edib - Foto
Tarix: 8-10-2015, 10:27 | Çap et
Avtovağzaldakı sürüşmə Bakıya girişi iflic edib - Foto
Bu gün səhər saatlarından etibarən Bakının şimal girəcəyində DYP-nin Ekologiya postundan şəhər istiqamətində böyük sıxlıq və tıxac yaşanır, avtomobillərin hərəkəti, demək olar ki, iflic olub.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev milli.az-a problemin səbəbini belə izah edib: "Problem Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında baş vermiş sürüşmədən sonra sərnişin avtobuslarının yolun hərəkət hissəsində saxlanması ilə bağlıdır. Hazırda orada tıxac yoxdur, amma sıxlıq yaşanır. Avtobuslar Avtovağzaldakı sürüşmə səbəbindən onlar üçün ayrılmış yerə girə bilmədiklərindən yolun hərəkət hissəsində dayanırlar ki, bu da digər nəqliyyat vasitələrinin hərəkətinə mane olur".

Qeyd edək ki, dünən, oktyabrın 7-də Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında, Bakı istiqamətində sürüşmə baş verib. Sürüşmə nəticəsində yolda istinad divarı əyilib, Avtovağzalın yola yaxın həyətində iri çatlar əmələ gəlib. Hazırda aidiyyəti qurumlar ərazidə müvafiq işlər aparır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net