Deputatlığa namizəd deputatlar Milli Məclisin iclasına gəlməyə bilərmi?
Tarix: 5-10-2015, 18:21 | Çap et
Deputatlığa namizəd deputatlar Milli Məclisin iclasına gəlməyə bilərmi?
Oktyabrın 9-da deputatlığa namizədlərin təbliğat-təşviqat kampaniyalarına start veriləcək.

Milli Məclisin hazırkı deputatları arasında yenidən deputat olmaq üçün mübarizəyə qoşulanlar var. Noyabrın 1-nə kimi isə Milli Məclisin iclasları da keçiriləcək.

Bu iclaslar təbii ki, deputatlığa namizədlərin təşviqat kampaniyası vaxtına təsadüf edəcək. Namizədliyini yenidən irəli sürən deputatın iclasa qatılmamaq hüququ varmı?

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin İntizam komissiyasının sədri Siyavuş Novruzov modern.az-a hər bir deputatın iclasda iştirakının zəruri olduğunu vurğulayıb:

“Milli Məclisin deputatının bilavasitə vəzifəsi iclaslarda iştirak etməkdir. Bu, onun birbaşa funksiyasıdır. Təbii, istər seçicilər, istərsə də digər şəxslər başa düşməlidir ki, Milli Məclisin vacib iclasları keçirilərkən qanunlar qəbul edilir və deputatlar da iştirak edirlər. İndiyə qədər olduğu kimi hər bir deputat iclasda iştirak edəcək”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net