5-ci sinif şagirdi 8 yaşlı qonşusunu güllələdi
Tarix: 5-10-2015, 12:08 |
Çap et
ABŞ-da odlu silahın istifadə olunduğu növbəti insident yaşanıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Tenessi ştatının Ceferson dairəsində 5 -ci sinif şagirdi atasına məxsus ov tüfəngini götürərək 8 yaşlı qonşusu Maykayla Dayerə atəş açıb.
Ağır güllə yarası alan uşaq xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Ceferson dairəsinin şerifi Bad Makkoyq hadisədən bir neçə dəqiqə əvvəl Dayer öz qonşusuna öz küçüyünü göstərməkdən imtina etmişdi. Bundan qəzəblənən 5-ci sinif şagirdi atasına məxsus silahla Maykayla Dayeri güllələmişdi.
11 yaşlı məktəbli artıq həbs olunub və 1-ci dərəcli qətl törətmə ittihamı ilə məhkəməyə cəlb edilib.