
Paytaxt Bağdadda hökumət binalarının yerləşdiyi və 2003-cü ildən bəri xalqa qapalı olan “Yaşıl bölgə” adlanan mərkəzə 12 ildən sonra əhalinin girişinə icazə verilib.
Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, açılış mərasimində İraqın baş naziri Heydər Əl-İbadi də iştirak edib. Mərkəzin girişində 3 yerdə gücləndirilmiş postlar qurulub. Bu postlara təhlükəsizliyin yüksək səviyyədə təmin olunması üçün ciddi tapşırıqlar verilib.
Xatırladaq ki, Bağdadın mərkəzində yerləşən “Yaşıl bölgə” 2003-cü ildə İraqın işğalından az sonra beynəlxalq koalisiya gücləri tərəfindən bağlanıb. Təqribən 10 kilometrlik ərazini əhatə edən bu mərkəzdə vaxtilə İraqın edam olunan lideri Səddam Hüseynin sarayı yerləşir.