“Qara bazar” “Qarabağ”a necə ZƏRBƏ VURDU
Tarix: 2-10-2015, 18:01 |
Çap et
Xəbər verdiyimiz kimi, dünən Avropa Liqasını qrup mərhələsi çərçivəsində Ağdamın "Qarabağ" klubu Belçikanın "Anderlext" klubu ilə qarşılaşıb.
Oyun öncəsi stadionun qarşısında "qara bazar"da aktivlik müşahidə olunub. Belə ki, naməlum şəxslər 1-2 manatlıq biletləri azarkeşlərə 6-7 manata satıblar. Oyunun keçirildiyi Tofiq Bəhramov adına stadionun önündə baş verənləri müşahidə edən Hafta.az-ın əməkdaşının bildirdiyinə görə, adi günlər 5 azn olan "Qarabağ"ın şərfləri və bayraqları hazırda 10-15 manata azarkeşlərə təklif olunur. Oyun başladıqdan sonrakı mənzərə isə “qara bazar”ın kluba necə zərbə vurduğunu göz önünə qoyub. Belə ki, oyuna baxmaq üçün stadiona gələn azarkeşlərin bir qismi bilet almayaraq geri qayıdıblar.
Nəticədə 13, 14, 15, 16, 17, 18, 19, 20, 21-ci sektorlarda böyük boşluqlar müşahidə olunub.
Bu məsələyə münasibət öyrənmək üçün, Tofiq Bəhramov adına stadionun rəhbərliyi ilə əlaqə yaratmaq istəsək də cəhdlərimiz alınmadı.