Fidan Hacıyeva bunu ilk dəfə edəcək
Tarix: 2-10-2015, 16:56 |
Çap et
Xalq artisti Fidan Hacıyeva “Arşın mal alan” operettasında rol alacaq.
Axşam.az xəbər verir ki, bu haqda opera ifaçısı özü məlumat verib. O, tamaşada Gülçöhrə obrazını canlandıracaq.
"Əziz dostlar, sizi tamaşama dəvət edirəm. İlk dəfə Gülçöhrə obrazını oynayacağam" deyə, F.Hacıyeva bildirib.
Tamaşa noyabrın 29-də Opera və Balet Teatrında nümayiş olunacaq.