Rusiya İŞİD-in şəhərini belə vurdu – Foto
Tarix: 2-10-2015, 16:32 |
Çap et
Rusiya Suriyanın İdlib şəhərini bombalayıb.
Axar.az-ın xəbərinə görə, “İslam dövləti” və digər silahlı qruplaşmaların nəzarətində olan bölgədə yaralı sakinlərin fotoları yayılıb.
Furkan Azəri ləqəbli jurnalist bir yaşlı kişinin və azyaşlı qızın şəkillərini paylaşıb.
İdlib İŞİD-in işğalındakı infrastrukturu və yaşayışı olan istisna şəhərlərdən biridir. Bölgəyə Əsəd qüvvələri tərəfindən hücumlar olsa da, terrorçular şəhəri təslim etmir.
Qeyd edək ki, Türkiyə, ABŞ, Almaniya, İngiltərə, Fransa, Qətər və Səudiyyə Ərəbistanı birgə bəyanat yayaraq Rusiyanın Suriya müxalifətinə qarşı hücumlarını dayandırmağı tələb edib.