Rusiya Suriyanı 3-4 ay bombalayacaq
Tarix: 2-10-2015, 16:22 | Çap et
Rusiya Suriyanı 3-4 ay bombalayacaq
Rusiya Duması bəyan edib ki, Suriyada aparılan hərbi əməliyyatlar 3-4 ay davam edə bilər. Lent.az xəbər verir ki, Dumanın Xarici İşlər Komissiyasının sədri Aleksey Puşkov Fransanın “Europe 1” radiosuna müsahibəsində deyib ki, böhranın içinə daha çox daxil olmaqla bağlı risk var və odur ki, Rusiya hava zərbələrinin müddətinin 3-4 ayadək uzanacağını düşünür.

Rusiya prezidenti Vladimir Putinin Suriyada həyata keçirilən əməliyyatların başa çatmasından sonra hərbçilərin bu ölkədə qalmayacağını dediyini xatırladan Puşkov Səudiyyə Ərəbistanının və Ukraynanın son bəyanatlarına etiraz edib: “Suriyadakı əməliyyatları Ukrayna və Səudiyyə Ərəbistanı bəyənmir. Bu nə qəribə koalisiyadır?! Anlaya bilmirəm, siz İŞİD-i necə qoruya bilərsiniz?"





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net