Pənah Hüseynin rəqibi namizədliyini onun xeyrinə geri götürdü
Tarix: 2-10-2015, 15:20 |
Çap et
63- saylı dairədə AXP-dən bir namizəd iştirak edəcək
Azərbaycan Xalq Partiyasının deputatlığa namizədi Novruz Quluzadə namizədliyini Pənah Hüseynin xeyrinə geri götürüb.
Musavat.com-un məlumatına görə, Novruz Quluzadə bütün imzaları yığmasına, sənədləri toplamasına baxmayaraq, öz təşəbbüsü ilə təşkilatın müvafiq orqanına müraciət edib. O, bildirib ki, 63 saylı Sabirabad 1-ci Seçki Dairəsindən Pənah Hüseynin xeyrinə namizədliyini geri götürmək istəyir.
AXP Mərkəzi Şurası tövsiyə edib ki, həmin dairədə AXP-dən Pənah Hüseynin namizədliyi təsdiq olunduğu üçün Novruz Quluzadənin təşəbbüsü qəbul edilsin və AXP 63 saylı dairədə bir namizəd - Pənah Hüseynlə iştirak etsin.
Qeyd edək ki, Milli Məclisə seçkilər noyabrın 1-də keçiriləcək.