İrəvanda növbəti etiraz aksiyası BAŞ TUTDU
Tarix: 2-10-2015, 15:00 | Çap et
İrəvanda növbəti etiraz aksiyası BAŞ TUTDU
Hafta.az-ın aravot.am-a istinadən verdiyi xəbərə görə, işğalçı Ermənistanın paytaxtı İrəvanda növbəti etiraz aksiyası baş tutub.

Etiraz mitinqini hazırda ölkənin ana müxalifəti sayılan İrs Partiyasının həyata keçirildiyi bildirilir. Mənbənin verdiyi xəbərdə aksiyada on minə yaxın insanın iştirak etdiyi bildirilib. Nümayişin keçirilməsində əsas məqsəd avqustun 27-də həbsə atılan partiyanın 6 fəalının azadlığa buraxılması tələbi olub. Etiraz aksiyası üç saat davam edib.

Etirazçılar aksiyanın sonunda prezident Serj Sarkisyana partiya fəallarının dərhal azadlığa buraxılmasını tələb edən yeddi bəndlik bəyyannamə də oxuyub.

Sonra həmin bəyannamə təşkilatçılar tərəfindən prezident adminstrasiyasına təqdim edilib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net